IDDA və UNEC İnkubasiya Mərkəzi ilə Azərbaycan İnnovasiya Mərkəzində B2B yönümlü ikigünlük hakaton: konsepsiyadan fasilitasiyaya qədər.

Hakatonun məqsədi innovativ ideyaların inkişafı, texnologiya əsaslı həllərin yaradılması və gənc sahibkar komandaları arasında əməkdaşlığın gücləndirilməsi idi. Konsepsiya, gündəliyin dizaynı, dövlət və akademik tərəfdaşlarla koordinasiya, iştirakçı idarəetməsi, yerində əməliyyat və proqramın fasilitasiyası komandamızın üzərində idi; tədbir yerli innovasiya ekosisteminin inkişafına töhfə verdi.

